RU

Premyer Liqa: “Şamaxı” səfərdə “Kəpəz”i məğlub etdi

YEVLAX, 31 yanvar. TELEQRAF

Azərbaycan Premyer Liqasının XVIII turunda “Kəpəz” və “Şamaxı” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Cavid Cəlilovun idarə etdiyi oyunda qolları Arsen Ağcabəyov (12) və Karim Rossi (45+1) vurublar.

Bu nəticədən sonra Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 23 xalla turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib. Azər Bağırovun komandası isə 12 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün növbəti matçında “Zirə” “Sabah”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.

Избранный
25
teleqraf.com

1Источники