RU

Rəsulzadənin Bakıdakı evinin divarına vurulacaq LÖVHƏ

Rəsulzadənin doğum günündə onun Bakıdakı evinin divarına vurulması nəzərdə tutulan lövhənin şəkli yayılıb. 

NOCOMMENT.az xəbər verir ki, lövhənin müəllifi “Rəsulzadə ev-muzeyi ictimai qrupu”nun həmtəsisçisi, ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevdir.

“Rəsulzadə ev-muzeyi ictimai qrupu”nun üzvü, tarixçi alim Solmaz Rüstəmova-Tohidi bildirib ki, bu lövhə hələ ki layihədir.

“Vahid Mustafatev Rəsulzadənin 1918-1920-ci illər Bakıda yaşadığı İslam Səfərli-15 (keçmiş Vorontsovskaya küçəsi) ünvandakı binaya vurulmaq üçün nəzərdə tutulmuş xatirə lövhəsi-barelyefin virtual layihəsini təqdim edib. Bu lövhə hələ ki layihədir.
Rəsmi icazə alınanda təbii ki, üzərində işləmək, dəyişikliklər etmək mümkündür. Əsas məqsəd – cəmiyyətdən gələn dəstəkdir”, – tarixçi alim deyib.

 

Rəsulzadənin

Избранный
52
nocomment.az

1Источники