ATV-nin efirində maraqlı açıqlama verən tanınmış aparıcı Hacı Nuran Bakıdakı 8 nömrəli məktəbdə təhsil aldığını bildirib...
Aparıcı həmin məktəbdə oxuduğu illərdə hazırda ölkədə tanınmış siyasətçilərlə birgə təhsil aldığını deyib:
“Xarici İşlər naziri Ceyhun Bayramov və Gənclər və İdman naziri Fərid Qayıbov mənim məktəb yoldaşlarım olub. Ombudsman Səbinə Əliyevanı isə mən pionerə qəbul etmişəm”, deyə, Hacı Nuran vurğulayıb.
O, həmçinin məktəbi fərqlənmə atestatı ilə bitirdiyini də diqqətə çatdırıb. (musavat.com)
Poliqon.info