RU

Banklar daha çox hansı sahibkarı seçir? - Biznes kreditlərinin bölgüsü

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə Azərbaycanda bankların kredit portfelininstrukturunda biznes kreditlәri 53,6% (16,106 milyard manat) payamalik olub.

TrendAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, biray əvvəlki göstərici ilə müqayisədə 301,5 milyon manat və ya 1,9%,ötən ilin eyni dövrünə nisbətən isə 1,3 milyard manat və yaxud 8,9%çoxdur.

Hesabat dövründə biznes kreditlərinin strukturunda irisahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,550 milyardmanat təşkil edib ki, bu da bir ay əvvəlki göstəriciyə nisbətən78,3 milyon manat və ya 2,2%, ötən ilin eyni dövrünə nisbətən isə252,9 milyon manat və ya 3% artım deməkdir.

Eyni zamanda bu ilin yanvarın 1-nə ölkədə orta sahibkarlıqsubyektlərinə 2,289 milyard manat kredit verilib. Bu, bir ay əvvələnisbətən 9,8 milyon manat və ya 0,4%, ötən ilin eyni dövrü iləmüqayisədə isə 455 milyon manat və ya 24,8% çoxdur.

Həmçinin 2026-cı ilin yanvarın 1-nə Azərbaycanda kiçiksahibkarlıq subyektlərinə ayrılmış biznes kreditlərinin həcmi 1,707milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 64,9 milyonmanat və ya 3,9%, illik müqayisədə isə 158,3 milyon manat vəya10,2% artım deməkdir.

Bundan başqa, bu ilin yanvarın 1-nə ölkədə mikro sahibkarlıqsubyektlərinə 3,560 milyard manat biznes kreditləri verilib. Bu isəəvvəlki ayla müqayisədə 40,3 milyon manat və ya 1,1%, illikmüqayisədə isə 452,8 milyon manat və yaxud da 14,6% çoxdur.

Qeyd edək ki, 2026-cı ilin yanvarın 1-nə Azərbaycanda banklarınkredit portfeli 1.3% və ya 377,5 milyon manat artaraq 30,063milyard manat olub. Kredit portfelinin strukturunda bizneskreditlәri 53,6% (16,106 milyard manat), istehlak kreditlәri 31,1%(9,354 milyard manat) vә ipoteka kreditlәri 15,3% (4,602 milyardmanat) təşkil edib.

Məqalədə:
Избранный
31
5
az.trend.az

6Источники