RU

“Qarabağ” turnir cədvəlində yalnız ingilislərdən geridədi 4 rəqibi isə indi ÇL də deyil!

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Futbol+” “Qarabağ”ın Çempionlar Liqasının liqa mərhələsində hələ 6 xalı olanda yazırdı ki, daha 3-4 xal toplanacağı təqdirdə ilk “24-lük” ovcumuzun içində olacaq. Proqnoz özünü doğrultdu. 10 xal əldə edən “köhlən atlar” pley-offda mübarizə aparacaq. Elə 9 xalı olan “Benfika”yla “Bude/Qlimt” də bu siyahıdadı.Bilindiyi kimi, ağdamlılar liqa mərhələsinin 22-ci pillədə başa vurdu. Maraqlıdı, bəs, komandanın yalnız rəqiblərini əhatə edən turnir cədvəli tərtib etsək, “Qarabağ” neçənci pillədə olar?1. Liverpul 8 6 0 2 20-8 182. Çelsi 8 5 1 2 17-10 163. Qarabağ 8 3 1 4 13-21 104. Benfika 8 3 0 5 10-12 95. Atletik 8 2 2 4 9-14 86. Napoli 8 2 2 4 9-15 87. Kopenhagen 8 2 2 4 12-21 88. Ayaks 8 2 0 6 8-21 6Göründüyü kimi, “Qarabağ” bu yöndə bütün proqnozları alt-üst etməyi bacarıb. Azərbaycan çempionu yalnız “Liverpul”la “Çelsi”dən geridə qalıb ki, London təmsilçisindən xal ala bilib. Yuxarıdakı siyahıda yer alan 8 komandadan ilk 4-ünün ilk “24-lük”də qərarlaşmağa gücü çatıb.Xatırladaq ki, Qurban Qurbanovun komandası pley-offda da İngiltərə klubu – “Nyukasl” ilə qarşılaşacaq.KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
icma.az

2Источники