RU

Sabah İraqda prezident seçkiləri keçiriləcək

AzVision.az xəbər verir ki, İraq parlamentinin “INA” agentliyi tərəfindən dərc olunan press-relizində qanunvericilik orqanının fevralın 1-də keçiriləcək iclasının gündəliyində bəzi deputatların andiçməsinin və prezidentin seçiləcəyi məsələsinin dayandırıldığı bildirilir.

İraqda prezident seçkiləri yanvarın 27-nə təyin edilmişdi, lakin kvorum olmadığı üçün parlamentin iclası təxirə salınmışdı.

Xatırladaq ki, ötən il dekabrın 29-da İraq parlamentinə yeni spiker seçilib. Bununla da ölkə konstitusiyasına əsasən, parlament üzvlərinin respublika prezidentini seçməsi üçün tələb olunan 30 günlük geri sayım başlayıb. Bundan sonra seçiləcək prezident ən böyük koalisiyaya baş nazirliyə namizəd irəli sürmək üçün göstəriş verməlidir.

Yanvarın 24-də İraqın əksər şiə blok və partiyalarının nümayəndələrini özündə birləşdirən Koordinasiya Şurası Nuri əl-Malikinin ölkənin yeni hökumətinin başçısı vəzifəsinə namizəd kimi irəli sürüldüyünü rəsmən açıqlayıb.

İraq konstitusiyasına görə, ölkə prezidenti kürd, baş nazir şiə müsəlman, parlamentin sədri isə sünni müsəlman olmalıdır. İraq prezidenti postu uğrunda 18 namizəd mübarizə aparır.

Sahil İsgəndərov
AzVision.az
Избранный
27
azvision.az

1Источники