Rusiya Prezidenti Vladimir Putin müasir texnologiyalara skeptik yanaşır və bu da ölkənin süni intellekt sahəsində geri qalmasına, İT mütəxəssislərinin isə Rusiyanı tərk etməsinə səbəb olur.
NOCOMMENT.az xəbər verir ki, bu haqda “The Times” nəşri yazıb.
Məqalədə qeyd olunur ki, Rusiya lideri ölkəni əsasən köhnə rabitə üsulları ilə idarə edir: şifrəli stasionar telefonlardan istifadə edir, interneti və smartfonları isə faktiki olaraq görməzdən gəlir.
“Stanford University” tərəfindən aparılan araşdırmaya əsasən, Rusiya süni intellekt sənayesinin ümumi gücünə görə 36 ölkə arasında 28-ci yerdə qərarlaşıb.
Analitiklərin fikrincə, zəif investisiya mühiti və innovasiyalardan ehtiyatlanma Rusiyada yüksək texnologiyaların inkişafını ciddi şəkildə əngəlləyir.
“The Times” həmçinin Rusiyada rəqəmsal azadlıqların daraldığını vurğulayır: sosial şəbəkələrin bloklanması və informasiyaya çıxışın məhdudlaşdırılması texnoloji mühitin formalaşmasına mane olur.
Aliyə