RU

ABŞ-də həbsxanadan təhlükəli məhkumlar qaçıb

ABŞ-ın Luiziana ştatında genişmiqyaslı qaçış hadisəsi baş verib. Yerli həbsxanadan ağır cinayətlərə görə cəza çəkən səkkiz məhkum qaçıb. Bu barədə Fox 8 telekanalı məlumat yayıb. Bildirilir ki, qaçanlardan üçü saxlanılaraq yenidən həbsxanaya qaytarılıb. 19-25 yaş aralığında olan digər beş nəfər isə hələ də azadlıqda qalır. Ştatın baş prokuroru Liz Merril hadisələrin gedişatını şəxsən izlədiyini və şeriflə daim əlaqədə işlədiyini bildirib.
Избранный
18
2
7news.az

3Источники