ABŞ-nin Rusiyanı “düşmən dövlət” elan etməsi dialoqun sabitləşdirilməsinə və Vaşinqtonun beynəlxalq böhranların həllində vasitəçilik roluna ciddi maneə yaradır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.
Zaxarova ABŞ-nin yeni anti-Kuba sənədinə diqqət çəkərək bildirib ki, həmin sənəddə Rusiya, Havana ilə bərabərhüquqlu əməkdaşlıq edən bəzi digər xarici tərəfdaşlarla yanaşı, “düşmən” və “zərərli niyyətli” dövlət kimi təsnif edilib.
Aliyə
Onun sözlərinə görə, bu cür yanaşma beynəlxalq münasibətlərdə gərginliyi daha da artırır və konstruktiv dialoq imkanlarını minimuma endirir. Zaxarova vurğulayıb ki, Vaşinqtonun bu siyasəti nə regional, nə də qlobal miqyasda sabitliyə xidmət edir.