RU

İlk ürək transplantasiyası olunan şəxs: "Səhhətim yaxşıdır"

“Transplantasiya əməliyyatı uğurla icra edildi. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və üzərimdə əməyi olan bütün həkimlərə təşəkkür edirəm”.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bunu Qafqazda və Azərbaycanda meyit donorundan ilk ürək transplantasiyası olunan şəxs Rəşad Məmmədəliyev “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.

O, hər kəsi donorluqdan faydalanmağa çağırıb:

“Əməliyyat uğurla icra edildi, səhhətim yaxşıdır, heç bir problemim yoxdur. Hər kəs donorluqdan rahatlıqla faydalana bilər”.

"Cebheinfo.az"

Избранный
70
1
cebheinfo.az

2Источники