RU

Milli Məclisdə Azərbaycan–ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə edilib

Bakı. Trend:

Yanvarın 31-də Amerika Birləşmiş Ştatları Konqresi NümayəndələrPalatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyətüzvləri Milli Məclisdə olublar.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər vəparlamentlərarası əlaqələr komitəsinin sədri, ABŞ-laparlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd SeyidovAzərbaycan–ABŞ münasibətlərinin tarixi, mövcud əməkdaşlıqistiqamətləri və gələcək inkişaf perspektivləri barədə fikirləriilə bölüşüb. Vurğulanıb ki, bu gün əlaqələrin strateji tərəfdaşlıqsəviyyəsinə yüksəldilməsi əzmi tərəflərin birgə bəyanatlarında vəatılan praktiki addımlarda öz aydın ifadəsini tapır.

Vaşinqton sammitini dəyərləndirən komitə sədri AzərbaycanPrezidenti İlham Əliyevin ötən ilin avqust ayında ABŞ-a işgüzarsəfəri, bu əsnada aparılan danışıqlar, əldə olunan razılaşmalar vəimzalanan sənədlərin əhəmiyyətini qeyd edərək bildirib ki,sözügedən razılaşmalar Azərbaycan ilə ABŞ arasında münasibətlərikeyfiyyətcə yeni mərhələyə daşıyıb. Vurğulanıb ki, bu sənədlərikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi ilə yanaşı,Azərbaycan–Ermənistan sülh gündəliyi kontekstində də xüsusi roloynayır və regionda sabitliyin, eləcə də əməkdaşlığınmöhkəmləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilir.

Söhbətdə “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu”nunəhəmiyyəti qeyd olunaraq bildirilib ki, Birləşmiş Ştatların dəstəyiilə bu təşəbbüsün reallaşması Avrasiyanın nəqliyyat xəritəsinidəyişməklə yanaşı, daha geniş regionda əməkdaşlığın dərinləşməsinədə mühüm töhfə verəcək.

Görüş zamanı həmçinin Azadlığa Dəstək Aktına 907-ci düzəlişinAzərbaycana münasibətdə ləğv edilməsinin əhəmiyyəti vurğulanaraq,bunun ikitərəfli münasibətlərin inkişafına, qarşılıqlı etimadınmöhkəmlənməsinə və əməkdaşlıq imkanlarının genişlənməsinə xidmətedəcəyi qeyd olunub.

Sonra Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev qonaqlaraparlamentin səlahiyyətləri və onun fəaliyyətini tənzimləyənnormativ-hüquqi aktlar barədə məlumat verib. Bildirilib ki,parlamentin fəaliyyəti qanunvericilik təşəbbüslərinin müzakirəsi vəqəbulu, parlament nəzarətinin həyata keçirilməsi və beynəlxalqparlamentlərarası əməkdaşlığın inkişafı istiqamətində ardıcıl vəsistemli şəkildə qurulub.

Fərid Hacıyev çıxışında həmçinin parlamentin strukturu, ölkədəkiseçki sistemi, parlamentdə təmsil olunan partiyalar, mövcud komitəvə komissiyaların fəaliyyətinə də toxunub. Qonaqlara deputatlarınfəaliyyətini tənzimləyən qanunlar, habelə qanun yaradıcılığıprosesi və bununla bağlı prosedur qaydaları barədə də məlumatverilib.

Amerika Birləşmiş Ştatları Konqresi Nümayəndələr PalatasınınXarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri çıxışedərək son dövrlər ABŞ–Azərbaycan münasibətlərinin yeni inkişafmərhələsinə qədəm qoyduğunu, qarşılıqlı əməkdaşlığın dərinləşdiyinivə parlamentlərarası dialoqun yeni səviyyəyə çatdığını məmnunluqlavurğulayıblar. Onlar bu müsbət dinamikanın davam etdirilməsinin həriki tərəfin maraqlarına uyğun olduğunu bildiriblər.

Görüşdə iştirak edən Beynəlxalq münasibətlər vəparlamentlərarası əlaqələr komitəsinin sədr müavini NigarArpadarai, deputatlar Vüqar Bayramov, Erkin Qədirli, SevincFətəliyeva və Gülşən Paşayeva qonaqları maraqlandıran suallarıcavablandırıblar, Azərbaycan–ABŞ münasibətlərinin perspektivləribarədə fikirlərini bölüşərək, parlamentlərarası dialoqungenişləndirilməsinin qarşılıqlı etimadın möhkəmləndirilməsinə vəikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyinivurğulayıblar.

Tədbirdə Milli Məclis Aparatı rəhbərinin müavini RüstəmMahmudov, parlamentin struktur bölmələrinin rəhbərləri, ABŞ-ınölkəmizdəki diplomatik korpusunun əməkdaşları və digər rəsmişəxslər iştirak ediblər.

Избранный
27
15
az.trend.az

10Источники