RU

Gənclərə diqqət və qayğı dövlət siyasətində prioritetdir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycan gəncləri müasir müstəqil Azərbaycan dövlətininqurucusu, Ümummilli Lider Heydər Əliyevin onlara ən böyükhədiyyəsinin, diqqət və qayğısının təcəssümü olan 2 fevral-GənclərGününü qalib, bütövləşən Azərbaycanın qürurlu vətəndaşları kimiböyük sevinc hissi ilə qeyd edirlər. Gəncləri Azərbaycanın gələcəyikimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin çağırışlarında buməqam xüsusi qeyd edilirdi ki, hər bir Azərbaycan gənci hər şeydənçox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyihaqqında düşünməlidir. Hakimiyyətinin hər iki dövründə ÜmummilliLider gənclərə xüsusi diqqət göstərirdi. Bildirirdi ki, gələcəyimizgənclərə nəyi və necə öyrətməyimizdən asılıdır.

Gənclərə diqqət və qayğının dövlət siyasətimizin əsas tərkibhissəsinə çevrilməsi onlarda məsuliyyət hissini daha da artırdı.Gənclər onlara göstərilən bu etimadı, onlardan gözləntiləri bütünsahələrdə qazandıqları uğurları ilə doğrultmağa çalışdılar.Ümummilli Lider Heydər Əliyevin hələ hakimiyyətinin birincimərhələsində Azərbaycanın gələcəyini düşünərək gənclərin keçmişİttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsionlara göstərilən diqqətin bariz nümunəsi idi. Ulu Öndərin 1993-cüildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra isəəvvəldə vurğuladığımız kimi, bu diqqət və qayğı dövlət siyasətininəsas prioritetlərindən biri oldu. Ümummilli lider Heydər Əliyevintəşəbbüsü ilə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması,Gənclər Gününün təsis edilməsi ilə ölkədə gənclər siyasətininqanunvericilik bazası formalaşdırıldı. Gənclərin sosial, iqtisadi,məişət, elm, təhsillə bağlı problemlərinin həllinə yönəldilən,istedadlarının aşkara çıxarılmasına imkan yaradan sərəncamlarəsasında Dövlət proqramları qəbul edildi. Bu gün Ulu Öndəringəncliyə diqqət və qayğısını daha əhatəli, şaxələnmiş istiqamətdədavam etdirən Prezident İlham Əliyev bu siyasətə sadiqliyini realaddımları ilə təsdiqləyir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Deputat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindəntəməli qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurladavam etdirilən dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslinvətənpərvərlik ruhunda tərbiyəsi, hərtərəfli inkişafı və ölkəhəyatında fəal iştirakı üçün mühüm zəmin yaradır. Gənclərə etimadbugünümüzün reallıqlarında təsdiqini tapır:

"Hazırda ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələsiniyaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik ruhundatərbiyəsi, xarici ölkələrdə təhsili, gənclər təşkilatlarınınformalaşması və inkişafı üçün yaradılan imkanlar gənc nəsli daha daruhlandırır, malik olduqları potensialdan səmərəli istifadə etməyəçağırışlar edir. Bunu Prezident İlham Əliyevin ölkəyə rəhbərliketməyə başladığı 2003-cü ildən ötən 22 ildən artıq dövrdə gənclərininkişafı istiqamətində atılan addımların xronologiyası bir dahatəsdiq edir. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbuledildi, 2007-ci il “Gənclər İli” elan olundu, 2011-ci ildə GənclərFondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçünPrezident Mükafatı” təsis olundu. Azərbaycan gənclərinin İnkişafStrategiyası təsdiqləndi. Prezident İlham Əliyevin 2007-ci ildəimzaladığı müvafiq sərəncamları ilə təsdiq edilmiş “2007-2015-ciillərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə DövlətProqramı” və "2022-2026-cı illərdə gənclərin xarici ölkələrinnüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair DövlətProqramı” gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb.Minlərlə gənc dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alır.Gənclərimizin xaricdə təhsili, həmçinin Azərbaycanın təqdimatıdeməkdir. Onlar təhsil aldıqları ölkələrdə Azərbaycanın fəaltəbliğatçısına çevrilir, həqiqətlərimizin beynəlxalq ictimaiyyətəçatdırılmasına səy göstərirlər".

Vüqar Rəhimzadə bu mühüm məqamı da vurğulayıb ki, Birincivitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər ƏliyevFondunun gənclərimizin hərtərəfli inkişafına, onların məşğulluğununtəmin edilməsinə yönələn layihələri davamlıdır: "Gənclərintariximizin, milli-mənəvi dəyərlərimizin qorunmasında, təbliğindəfəal iştirakını təmin etmək istiqamətində də mühüm layihələr icraedilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanınfəaliyyəti Azərbaycan gənclərinə nümunədir. Onun təşəbbüsü iləölkəmizdə və xaricdə reallaşan layihələr Azərbaycanın uğurlarınıntəbliğində, gənclərimizin fəallığının artırılmasında mühüm roloynayır".

Millət vəkili qeyd edib ki, Azərbaycanda yüksək intellektualsəviyyəyə, vətənpərvərlik ruhuna, milli düşüncəyə malik, ölkəninictimai-siyasi həyatında rolu artan gənclər ordusu formalaşıb.

"Elmi nailiyyətləri, aparılan islahatlarda fəallıqları ilə güclüintellektual potensiala malik olduqlarını dövlətə xidmətlərindətəsdiqləyən Azərbaycan gəncliyi ən müasir texnologiyalarınöyrənilməsində və tətbiqində də fərqlənir. Bu gün gənclərimizinqalib Azərbaycanı idman yarışlarında yüksək səviyyədə təmsiletmələri hər birimizi qürurlandırır. Onlar bu yarışlarda ikiqatməsuliyyət daşıyırlar. Tarixi Zəfəri, suverenliyinin tam bərpasıilə yeni reallıqlar yaradan, bütün sahələrdə zəngin təcrübəsi,inkişaf modeli ilə diqqətdə olan Azərbaycan, eyni zamanda, idmanölkəsidir. Son beş ildə gənclərimiz Zəfərimizin yaratdığı böyük ruhyüksəkliyi fonunda idman yarışlarına, tədbirlərinə qatılır,qazandıqları medallar ilə Azərbaycanın təqdimatına əlavələredirlər. Azərbaycan Bayrağı bu qalibiyyət əsasında yuksəklərəqaldırılır, Dövlət Himnimiz səsləndirilir. Prezident İlham Əliyev2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bu çağırışıetdi ki, bizim siyasətimizin əsas istiqamətlərindən biri gənclərisağlam ruhda, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclərVətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə,ölkəmizin inkişafı daimi, əbədi olsun. Əlbəttə ki, burada əsas amilcəmiyyətdə mövcud olan ab-havadır. Bu da çox müsbətdir. Bizimxalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və sonillərin hadisələri bunu bir daha təsdiqləyir. Gənclərin fizikihazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o haldaölkə uğurla inkişaf edə bilər. İdmanın isə gənc nəslinvətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var.

Hansı sahəyə baxsaq Azərbaycan gənclərinin qürurvericiuğurlarını görürük. Gənclərin intellektual, fiziki və mənəviinkişafı ilə əlaqədar qəbul edilən sənədlərin uğurlu icrasınəticələrdə özünün aydın ifadəsini tapır. Müasir dövrün çağırışlarıhər sahədə olduğu kimi, gənclər siyasətində də yenilikləri,təkmilləşməni şərtləndirir. Onu da qeyd edək ki, Prezident İlhamƏliyevin Sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək,onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyinpotensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçünsəmərəli istifadə etmək məqsədilə 2020-ci il ölkəmizdə “Könüllülərili” elan edildi. Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı,innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqlarıfəaliyyətə yeni nəfəs veriblər, ölkəmizdə “Eurovision” mahnımüsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslamHəmrəyliyi Oyunları və digər beynəlxalq tədbirlərin həyatakeçirilməsində fəal iştirak ediblər. Könüllük gənclərimizin həyattərzinə çevrilib", - o əlavə edib.

Vüqar Rəhimzadə vurğulayıb ki, gənclərimiz 44 günlük İkinciQarabağ müharibəsində qəhrəmanlıqları, şücaətləri ilə tarixyazdılar: "Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrundamətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yenitarixinə qızıl hərflərlə yazdılar. Vətənpərvər gəncliyimiz 30 illikişğala cəmi 44 günə son qoydu . Məhz onların rəşadəti sayəsindəqazanılan bu şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünübərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarınaqovuşdu. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədədə yüksək fəallıq göstərərək, ölkəmizlə bağlı həqiqətlərin, işğalçıErmənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıqaktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəaliştirak etdilər. Prezident İlham Əliyev çıxışlarında daim bureallığı xüsusi qeyd edir ki, çox şadam ki, son illər ərzindəAzərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gəncnəsil yetişib: “Bu illər ərzində yetişən insanlar bu torpaqlarıazad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədəböyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsasyükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhzvətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi biziQələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”".

Millət vəkili bildirib ki, Azərbaycan gəncliyi ilə qürurduyuruq. Onların malik olduqları potensialdan Azərbaycanın bu günüvə gələcəyi üçün səmərəli istifadə etmələri uğurlu nəticələriniverir: "Gənclərin ictimai-siyasi fəallığı yüksək səviyyədədir.Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlhamƏliyevin uğurla inkişaf etdirdiyi Yeni Azərbaycan Partiyasınınsıralarında da gənclər böyük çoxluq təşkil edirlər. YAP gənclərinsiyasi fəallığına xüsusi diqqət göstərir. Ümummilli Lider HeydərƏliyevin “Gənclər bizim gələcəyimizdir” çağırışı bütün dövrlər üçünaktuallığını qoruyur. Ulu Öndər, eyni zamanda, bildirmişdir ki, hərbir xalqın, millətin, ölkənin gəncləri onun həm bu günüdür, həm dəsabahıdır, ümididir. Prezident İlham Əliyevin mütəmadi olaraqgənclərlə görüşü, onları düşündürən məsələlərlə yaxından tanışolması, gəncliyin hərtərəfli inkişafına xidmət edən addımlarınındavamlılığı onların yeni-yeni hədəflərə doğru inamlairəliləmələrinə stimul verir".

Məqalədə:
Избранный
65
5
az.trend.az

6Источники