RU

Ağdamda qadına balta ilə xəsarət yetirilib, əri saxlanılıb - YENİLƏNİB

Ağdamda qadına balta ilə xəsarətlər yetirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-nın Qarabağ bürosuna bildirilib ki, polis əməkdașlarının keçirdikləri tədbir zamanı cinayəti törətməkdə şübhəli bilinən Ceyhun Salahov saxlanılıb. Saxlanılan şəxs xəsarət alan Gülzəndə Salahovanın əridir.

Faktla bağlı araşdırma aparılır.

***

10.19

Ağdamda qadına balta ilə xəsarətlər yetirilib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndi ərazisində qeydə alınıb. Kənd sakini Salahova Gülzəndə Abbas qızı xəsarətlər alıb. O, Ağdam Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, qadına əri tərəfindən balta ilə xəsarətlər yetirilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
23
1
apa.az

2Источники