RU

ABŞ-nin hərbi təyyarəsi və PUA-sı İran ətrafında uçuş həyata keçirir

BAKI, 31 yanvar. TELEQRAF

ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “Boeing P-8A Poseidon” sualtı gəmi əleyhinə patrul təyyarəsi İran sərhədi yaxınlığında, Bəsrə və Oman körfəzlərinin neytral suları üzərində müşahidə edilib.

Teleqraf xəbər verir ki, bu barədə TASS mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, “Boeing P-8A” Bəsrə və Oman körfəzləri üzərində, İranın hava məkanına yaxın ərazidə uçuşlar həyata keçirir. Təyyarə təxminən 6 min metrdən bir qədər yüksək hündürlükdə uçur.

Mənbə xatırladıb ki, son bir neçə günd həmin ərazidə ABŞ HHQ-yə məxsus “Northrop Grumman MQ-4C Triton” PUA-sı da müşahidə olunub. Geniş quru və dəniz sahələrini izləmək imkanına malik olan bu PUA gündəlik 10-15 saat kəşfiyyat aparıb.

Избранный
33
teleqraf.com

1Источники