"Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu" PHŞ (VÖEN – 1800297321) kotirovka sorğusu elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti 2025-ci ilin maliyyə hesabatlarının auditi və əlaqəli audit xidmətləridir. Ehtimal olunan qiymət 11 925 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 12 fevral 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 24 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Saraxanım Cavadzadə - Şöbə müdiri
[email protected]
+994 70 750 94 99
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 12 fevral 2026-cı il tarixinə qədər Bakı şəhəri, Pirşağı qəsəbəsi 2 № Sovxoz ünvanına təqdim edə bilərlər.
| № | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi | Kod |
| 1 | Audit xidməti | 2025-ci ilin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlara uyğunluğunun auditinin həyata keçirilməsi: -Maliyyə vəziyyəti haqqında hesabat; -Məcmu mənfəət və zərər haqqında hesabat; -Kapitalda dəyişikliklər haqqında hesabat; -Pul vəsaitlərinin hərəkəti haqqında hesabatlar Əhəmiyyətli uçot siyasəti və izahedici qeydlər | 1 | ədəd | 84111502 |
| 2 | Audit xidməti | Uçot siyasətinin müəyyənləşdirilməsinə dair təkliflərin verilməsi | 1 | ədəd | 84111502 |
| 3 | Audit xidməti | Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət bücəsi hesabına ayrılmış məqsədli vəsaitlərin xərclər smetasının auditi. | 1 | ədəd | 93151607 |
| 4 | Audit xidməti | Dövlət sifarişi əsasında ayrılmış vəsaitin vahid büdcə təsnifatına uyğun xərclərin funksional və iqtisadi təsnifat üzrə bölgüsünün auditi | 1 | ədəd | 93151607 |
| 5 | Audit xidməti | 2025-ci ildə satınalınmış malların (iş və xidmətlərin) auditi | 1 | ədəd | 93151607 |
| 6 | Audit xidməti | İqtisadi fəaliyyətin səmərəliliyinin qiymətləndirilməsi | 1 | ədəd | 93151607 |