RU

Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq

Yaxın günlərdə Bakıda hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.

Bizim.Media xəbər verir ki, 5 fevralda paytaxtda qar yağması, temperaturun isə 0 dərəcəyə qədər enməsi gözlənilir.
 

Məlumata görə, həftənin əvvəlində hava nisbətən mülayim keçsə də, 5-6 fevral tarixlərində soyuq hava kütlələrinin təsiri ilə temperatur tədricən azalacaq. Gecə saatlarında temperatur -1 dərəcəyədək, gündüz isə 0–2 dərəcə civarında olacaq.


Havanın rütubətinin yüksək olması və küləyin sürətinin artması yollarda sürüşkənlik riskini yüksəldəcək. Xüsusilə səhər və axşam saatlarında buzlanma ehtimalı var.

7 fevralda qarın yağışla əvəzlənəcəyi, lakin sərin havanın davam edəcəyi bildirilir. Həftəsonuna doğru temperaturun yenidən bir qədər yüksələcəyi proqnozlaşdırılır.

Bizim.Media

Избранный
15
9
bizim.media

10Источники