RU

Ötən il vəkillərə altı milyon manata yaxın məbləğ ödənilib

"2025-ci ildən vəkillərə ödənilən haqqın məbləği artırılıb".

"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov kollegiya üzvlərinin növbəti yığıncağında deyib.

O bildirib ki, vəkillərə ödənilən haqqın saatı 6 manatdan 11 manata qaldırılıb:

"Qeyd edim ki, 2025-ci ildə 34 073 qərar üzrə 5 999 874.51 manat məbləğ vəkillərə ödənilib. Növbəti il üçün isə dövlət büdcəsindən ödənişsiz hüquqi yardıma görə 9 milyon manat vəsait ayrılıb".

"Cebheinfo.az"

Избранный
40
2
cebheinfo.az

3Источники