RU

ABŞ hökuməti fəaliyyətini qismən dayandırıb

Bakı. Trend:

31 yanvardan etibarən (Bakı vaxtı ilə 09:00-dan) ABŞ-dəmaliyyələşmənin olmaması səbəbindən federal hökumət fəaliyyətiniqismən dayandırıb. Birləşmiş Ştatlarda Konqresdə DemokratlarlaRespublikaçılar federal büdcə ətrafında razılığa gələ bilməyəndə -şatdaun adlandırılan bu hadisə ara-sıra baş verir.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, yanvarın 30-da Senat (ABŞ Konqresinin yuxarıpalatası) maliyyə ilinin sonunadək – ölkədə sentyabrın 30-da başaçatan dövr üçün – əksər federal qurumların, o cümlədən Pentaqonun,Dövlət Departamentinin, Maliyyə, Əmək, Səhiyyə nazirliklərinin vəbir sıra digər qurumların fəaliyyətinin maliyyələşdirilməsininəzərdə tutan qanun layihələri paketini təsdiqləyib.

Lakin sənədlər paketindən Demokratlar Partiyasınınnümayəndələrinin tələbi ilə Daxili Təhlükəsizlik Nazirliyinin (DTN)maliyyələşdirilməsinin çıxarılması ilə əlaqədar olaraq, Senattərəfindən qəbul edilən qanun layihələri ABŞ KonqresininNümayəndələr Palatası tərəfindən də təsdiqlənməlidir. Bundan sonrasənədlər ölkə prezidenti Donald Trampa imza üçün təqdimolunacaq.

Konqresin aşağı palatası isə fevralın 2-də işə qayıdacaq.Beləliklə, əgər həmin gün maliyyələşdirmə ilə bağlı qanunlayihələri qəbul olunsa və Tramp onları eyni gün imzalasa,şatdaunun aradan qaldırılması artıq fevralın 2-də mümkün olacaq.Bunun üçün daha çox vaxt tələb olunması ehtimalı da istisnaedilmir.

Demokratlar Partiyasının nümayəndələri ABŞ vətəndaşınınMinneapolisdə (Minnesota ştatı) sərhəd xidməti əməkdaşının açdığıatəş nəticəsində həlak olmasından sonra Daxili TəhlükəsizlikNazirliyinin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsinə yenidənbaxılmasını tələb ediblər. DTN-in maliyyələşdirilməsi mövcud həcmdəiki həftə müddətinə uzadılacaq, eyni zamanda Miqrasiya və GömrükXidməti (ICE) üzrə islahatlarla bağlı danışıqlar aparılır.

Xatırladaq ki, 2025-ci il noyabrın 12-də Donald Tramp federalhökumətin fəaliyyətinin yanvarın 30-dək maliyyələşdirilməsinindavam etdirilməsini nəzərdə tutan qanunu imzalayıb. Beləliklə, ABŞtarixində ən uzunmüddətli şatdaun 43-cü günündə başa çatdırılıb.Hökumətin fəaliyyəti oktyabrın 1-də maliyyələşmənin olmamasısəbəbindən dayandırılmışdı. Buna səbəb hakim Respublikaçı Partiyailə müxalif Demokratlar Partiyasının Konqresdə, o cümlədən səhiyyəsahəsinə dair bəzi xərc maddələri üzrə razılığa gələ bilməməsiolub. Tərəflər bir-birini şatdaunun yaranmasına və siyasiməqsədlərlə uzadılmasına görə ittiham edirdilər.

Məqalədə:
Избранный
19
az.trend.az

1Источники