Əl-Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasının 19-cu turu çərçivəsində səfərdə “Əl-Xolud”u darmadağın edib – 3:0
Publika.az xəbər verir ki, qonaqların heyətində qolları Kriştiano Ronaldo, Məhəmməd Simakan və Kinqsli Koman vurub. Komandanın başqa bir ulduzu Joao Felix isə 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, 19 turdan sonra 43 xalı olan “Əl-Nəsr” lider “Əl-Hilal”dan 3 xal geri qalmaqla ikincidir.