"Qarabağ"ın futbolçusu Leandro Andradenin son vaxtlar zəif təsir bağışlamasının səbəbi məlum olub. Metbuat.az Sportinfo.az-a istinadən xəbər verir ki, "Çelsi" ilə matçda adını tabloya yazdırmış yarımmüdafiəçi o vaxtdan bəri yaxşı mənada fərqlənə bilmir.Bu da səbəbsiz deyil. Kabo-Verde yığmasının üzvü Asiyadan çox sərfəli təklif alıb.26 yaşlı orta sahə oyunçu həmin dəvətin təsiri altındadır. 2022-ci ildə bura "Çerno More"dən (Bolqarıstan) gəlmiş Portuqaliya doğumlu afrikalı indi yalnız getmək barədə fikirləşir.