RU

Mərakeşin şimal-şərqində güclü yağışlar iki nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

Mərakeşin şimal-şərqində bir neçə gündür davam edən güclüyağışlar nəticəsində yaşayış evinin uçması iki nəfərin ölümü ilənəticələnib.

Trend xəbər verirki, bu barədə “Hespress” xəbər portalı məlumat yayıb.

Məlumata görə, hadisə Tuanat bölgəsində baş verib. Binanınçökməsinə həm aramsız yağışlar, həm də tikilinin qəzalı vəziyyətdəolması səbəb olub.

Portalın qeyd etdiyi kimi, son günlərdə güclü yağışlarnəticəsində eyni bölgədə daha iki ev də dağılıb. Həmin hadisələrzamanı tələfatın olub-olmaması barədə məlumat verilməyib.

Избранный
22
az.trend.az

1Источники