RU

Çingiz Babayev: Mənim üçün həmin dövrün ruhunu çatdırmaq vacib idi

Bakı, 31 yanvar, Anara Axundova, Səfiyar Məcnun, AZƏRTAC

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Neft bumu hamıya gülümsəyir” festivalı çərçivəsində eyniadlı tamaşanın premyerası keçirilib. Səhnə əsəri Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun pyesi əsasında hazırlanıb.

AZƏRTAC-ın müxbiri ilə söhbətində tamaşanın quruluşçu rəssamı Çingiz Babayev vizual tərtibat üzərində aparılan işdən danışıb: “İş prosesi müxtəlif cür təşkil olunurdu. Bu teatrda Konstantin Soldatov və Nigar İbrahimbəyli ilə ilk dəfə işləyirdik və komiks istiqamətində hərəkət etməyə çalışırdıq. Vizual tərtibat vasitəsilə mənim üçün həmin dövrün ruhunu çatdırmaq vacib idi”.

Həmsöhbətimiz bu işin onun üçün çox maraqlı təcrübə olduğunu da bildirib.

“Bu, rejissorun, rəssamın və xoreoqrafın birgə yaradıcılıq etdiyi əməkdaşlıq idi. Bu layihəyə görə təşəkkür edirik, Maqsud İbrahimbəyov Mərkəzinəeləcə də Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə və aktyorlarına minnətdarlığımızı bildiririk”, – deyə Ç.Babayev vurğulayıb.

Избранный
29
azertag.az

1Источники