RU

Ərdoğan 10 ildir danışmayan bu prezidentləri görüşdürmək istəyir

Türkiyə ABŞ və İran arasında artan gərginlikdə əsas diplomatik vasitəçilik məsuliyyətini öz üzərinə götürüb. Metbuat.az xəbər verir ki, Britaniyanın "The Guardian" qəzeti belə yazıb. Məqalədə deyilir ki, türk diplomatları Tehranı nüvə proqramı ilə bağlı güzəştlərə getməyə inandırmağa çalışır və bu güzəştlər dağıdıcı münaqişənin qarşısını almaqda əsas rol oynayacaq. "The Guardian" qəzetinin məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Tramp və İran Prezidenti Məsud Pazeşkian arasında video konfrans təşkil edilməsini təklif edib.

On ildir birbaşa ünsiyyət qurmayan iki lideri onlayn bir araya gətirmək üçün irəli sürülən təşəbbüs, regionda gərginliyin azaldılmasına yönəlmiş ən yüksək səviyyəli diplomatik addım kimi qeyd olunub.

Избранный
93
19
metbuat.az

10Источники