RU

Gürcüstanın komitə sədri Orta Dəhliz və Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələlərindən danışıb

Tbilisi, 30 yanvar, AZƏRTAC

Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze Koreya Respublikası Milli Diplomatik Akademiyasının professor, müəllim və mütəxəssisləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamenti məlumat yayıb.

Bildirilib ki, görüşdə Qara dəniz təhlükəsizliyi, Gürcüstanın təhlükəsizlik problemləri, regional təhlükəsizlik məsələləri və Rusiya-Ukrayna müharibəsi diqqət mərkəzində olub.

N.Samxaradze təhlükəsizliklə bağlı qarşılaşdığı çətinliklər, eləcə də NATO-nun genişlənməsi məsələsi, Orta Dəhlizin inkişafı və onun əhəmiyyəti barədə məlumat verib.

Gürcüstanın tranzit və iqtisadi artım potensialı, Ukraynada davam edən müharibənin Gürcüstanın işğal olunmuş ərazilərinə təsiri, Qafqazda sülh prosesi və Gürcüstanın Orta Asiya və Yaxın Şərq ölkələri ilə münasibətləri ilə bağlı məsələlər də müzakirə olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
24
1
azertag.az

2Источники