RU

Sevinc Fətəliyeva: Avropa Şurasında qəbul edilən qətnamələr təzyiq alətinə çevrilib » AzadMedia.az

Sevinc


Avropa Şurasında qəbul edilən qərar və qətnamələr son illər dialoqdan daha çox təzyiq vasitəsi kimi istifadə olunur. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib.

Deputatın sözlərinə görə, Avropa Şurası yaradılarkən əsas məqsəd üzv dövlətlər arasında dialoqun təşkili, mövcud problemlərin müzakirəsi və məruzələrin dinlənilməsi olub. Lakin hazırda bu məruzələr təzyiq mexanizminə çevrilib.

Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycan da vaxtilə bu cür yanaşmalarla tez-tez üzləşib. Onun sözlərinə görə, hərtərəfli təhlil aparılmadan ölkənin adının müxtəlif sənədlərdə hallandırılması planları mövcud olub və bunun arxasında bir sıra maraqlar dayanıb.

Deputat vurğulayıb ki, bəzi dairələr Azərbaycanı güclü və müstəqil dövlət kimi qəbul etmək istəmir. Xüsusilə Azərbaycanın müharibədə qalib tərəf olmasından sonra ölkəmizə qarşı ittihamların artdığı müşahidə olunub. Onun fikrincə, bu proseslər zamanı real vəziyyətlə tanış olmaq niyyəti nümayiş etdirilməyib.

Sevinc Fətəliyeva əlavə edib ki, Avropa Şurasında bir sıra hallarda erməniləri müdafiə edən mövqelər daha qabarıq şəkildə ortaya çıxıb. Deputat hesab edir ki, Azərbaycana qarşı aparılan siyasət konkret maraqlara xidmət edir və Avropa Şurası bu gün artıq öz prinsiplərindən çox, müəyyən dairələrin maraqlarına uyğun fəaliyyət göstərir.

Избранный
16
1
azadmedia.az

2Источники