RU

Ukraynada mağaza sahiblərinə ehtiyat toplamaq tövsiyə olunub

Lvovdakı supermarket və apteklərə iki həftəlik zəruri mallar toplamaq və elektrik kəsilməsi halında ehtiyat enerjiyə sahib olmaq tövsiyə olunub.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat verib.

"Dünən supermarket və aptek şəbəkələri ilə görüş keçirdik. Danışdıq ki, onlar uzun müddətli elektrik kəsintiləri halında fasiləsiz işləməyə hazır olmalıdırlar", - iclasda Ukrayna Şəhər Şurasının İqtisadi İnkişaf Departamentinin direktoru İnna Svistun bildirib.

O qeyd edib ki, mağazalarda çörək, su, gigiyena məhsulları və uşaq qidası da daxil olmaqla iki həftəlik zəruri mallar olmalıdır.

QAZİLER.AZ

Избранный
11
qaziler.az

1Источники