RU

“Qəbələ”nin məşqçisi: “ Bizə xallar lazımdır”

"Qəbələ" Misli Premyer Liqasının XVIII turunda doğma meydanda "İmişli"ni 3:2 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, "qırmızı-qaralar"ın məşqçisi George Çixradze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Çox maraqlı və dinamik oyun oldu. Bu matçda yaxşı hazırlaşmışdıq. Bizə xallar lazımdır. Təhlükəli zonadan çıxmalıyıq. Oyunu qələbəyə uyğun qurmuşduq. Komanda xarakter göstərdi. Futbolçulara və azarkeşlərə təşəkkür edirəm". 

- Bugünkü qələbədə Domi Massumonun rolu nə dərəcədə böyükdür?

- Çox vacib və gözəl qollar vurduq. Qələbədə payı böyükdür. Amma komanda yoldaşları da ona kömək etdilər. Komanda oyunu sayəsində qollar vurub qələbə qazandıq.

- Qarşıda kubok və çempionat oyunları var. Sıx qrafik komandaya necə təsir edəcək?

- Bizim üçün ən vacibi növbəti oyundur. Kubok və çempionatı ayırmırıq. Fasilə azdır, yaxşı bərpa keçməliyik. Ondan sonra qarşıdakı görüşə hazırlaşacağıq.

- "Karvan-Yevlax"ın bu gün məğlub olduğunu nəzərə alsaq, qələbəni 6 xala bərabər hesab etmək olar?

- Bizim üçün vacib olan özümüzün qalib gəlməsidir. Təbii ki, digər rəqiblərə də diqqət yetiririk. Amma ən vacibi bizim xallar toplamağımızdır.

"Məğlubiyyəti həzm edə bilmirəm, amma tək məndən asılı deyil"

PFL efir qrafikası üzrə pilot layihə həyata keçirəcək

Saşa İliç: "Qazansaq da, oyundan tam razı qalmadım"

"Qarabağ"ın oyununun biletləri satışa çıxır

"Karvan-Yevlax" "Sumqayıt"a məğlub olub - YENİLƏNİB

Избранный
94
5
apasport.az

10Источники