RU

"Qəbələ"nin məşqçisi: "Təhlükəli zonadan çıxmalıyıq"

style='margin-bottom:10px;'>

"Qəbələ" Misli Premyer Liqasının 18-ci turunda doğma meydanda "İmişli"ni 3:2 hesabı ilə məğlub edib.

QOL.az xəbər verir ki, "qırmızı-qaralar"ın məşqçisi George Çixradze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox maraqlı və dinamik oyun oldu. Bu matçda yaxşı hazırlaşmışdıq. Bizə xallar lazımdır. Təhlükəli zonadan çıxmalıyıq. Oyunu qələbəyə uyğun qurmuşduq. Komanda xarakter göstərdi. Futbolçulara və azarkeşlərə təşəkkür edirəm. 

- Bugünkü qələbədə Domi Massumonun rolu nə dərəcədə böyükdür?

- Çox vacib və gözəl qollar vurduq. Qələbədə payı böyükdür. Amma komanda yoldaşları da ona kömək etdilər. Komanda oyunu sayəsində qollar vurub qələbə qazandıq.

- Qarşıda kubok və çempionat oyunları var. Sıx qrafik komandaya necə təsir edəcək?

- Bizim üçün ən vacibi növbəti oyundur. Kubok və çempionatı ayırmırıq. Fasilə azdır, yaxşı bərpa keçməliyik. Ondan sonra qarşıdakı görüşə hazırlaşacağıq.

- "Karvan-Yevlax"ın bu gün məğlub olduğunu nəzərə alsaq, qələbəni 6 xala bərabər hesab etmək olar?

- Bizim üçün vacib olan özümüzün qalib gəlməsidir. Təbii ki, digər rəqiblərə də diqqət yetiririk. Amma ən vacibi bizim xallar toplamağımızdır. (sportal.az)

Избранный
15
50
teleqraf.com

10Источники