RU

Özü ilə sıravi işçilərin maaşı arasında anormal fərq yaradan müdirlər....



Akif Nəsirli: “Dövlət şirkəti olan AYNA-dakı 20 dəfədən çox fərq sosial baxımdan həddən artıq böyük sayılır”

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayevlə bağlı yayılan məlumat sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Belə ki, onun aylıq maaşı 19 min 500 manatdır. AYNA-dakı rəhbərliklə sıravi işçi arasında yaratdığı maaş “fərqi 20 dəfədən çoxdur”.

Məlumat üçün bildirək ki,Anar Rzayevin müavinləri 10-15 min, şöbə rəhbərləri 7-10 min manat maaş aldığı halda, paytaxt küçələrindəki parkinlərdə saatlarla ayaqüstü xidmət keçən işçilər 500-600 manata çalışır.

Ümumiyyətlə, qurum rəhbərinin həddindən artıq yüksəkəmək haqqı alması nə dərəcədə düzgündür? Müəssisə rəhbərinin əmək haqqının sıravi işçilərin maaşları ilə müqayisədə bu qədər fəqlənməsi nə dərəcədə əsaslıdır?

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli baki-xeber.com-a şərhində bildirdi ki, dünya təcrübəsində belə fərqlər adətən daha aşağı olur: “ABŞ-da böyük korporasiyalarda CEO maaşı orta işçi maaşının 200–300 dəfə yüksək ola bilər, amma dövlət qurumlarında bu fərq 5-10 dəfə civarındadır. Avropa ölkələrində dövlət qurumlarında və iri şirkətlərdə rəhbər maaşı orta işçi maaşından adətən 4-8 dəfə çox olur, sosial sektor və dövlət müəssisələrində bu fərq 3-5 dəfə səviyyəsindədir. Türkiyə və MDB ölkələrində bəzən fərq 10-15 dəfə olur, amma sıravi işçilərin maaşı sosial standartlardan çox aşağı düşürsə, ictimai qınaq yaranır.

Beləliklə, dövlət şirkəti olan AYNA-dakı 20 dəfədən çox fərq sosial baxımdan həddən artıq böyük sayılır. Problem yalnız rəhbərin maaşı ilə bağlı deyil, həm də sıravi işçilərin əmək haqqının minimal yaşayış səviyyəsinə yaxın olmasıdır. Bu fərq həm işçilərin motivasiyasına mənfi təsir göstərə bilər, həm də ictimai etirazları artırır. Rəhbərin maaşı məsuliyyətlə əsaslandırıla bilər, amma sıravi işçilərlə bu qədər böyük fərq dövlət sektorunda normal sayılmır. Dünyada bu fərq sosial ədalət və əmək motivasiyası baxımından daha balanslı olur”.

Günel CƏLİLOVA

Избранный
5
6
baki-xeber.com

10Источники