RU

Norveç səfiri Azərbaycan Prezidentinə minnətdarlığını bildirib

Norveçin Azərbaycandakı səfiri Andreas Qaarder qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Hakimiyyet.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Bu gün Zati-aliləri Prezident Əliyev tərəfindən qəbul edilmək və Norveçin Azərbaycandakı səfiri kimi etimadnaməmi təqdim etmək mənim üçün şərəf oldu", - paylaşımda deyilir.

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 30-da Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri Andreas Qaarderin etimadnaməsini qəbul edib.

Избранный
13
50
hakimiyyet.az

10Источники