RU

Rusiya XİN: İrəvanın dəmir yollarının bərpası ilə bağlı müraciəti nəzərdən keçirilir  

İrəvanın Ermənistandan Azərbaycan və Türkiyə sərhədlərinə qədər dəmir yolu hissələrində bərpa işlərində iştirakla bağlı Rusiya tərəfinə etdiyi müraciətlər nəzərdən keçirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya müraciətini şərh edərkən bildirib. O deyib: “İrəvanın müraciətləri müvafiq qurumlar tərəfindən operativ şəkildə nəzərdən keçirilir”.

Diplomat qeyd edib ki, Moskva təşəbbüsə qoşulmaq üçün mümkün variantları araşdırmağa hazırdır. O, təşəbbüsün reallaşdırılması, əməliyyat parametrlərinin ətraflı nəzərdən keçirilməsinin zəruriliyini vurğulayıb. Zaxarova, həmçinin bütün maraqlı qurumlarla əsaslı məsləhətləşmələrin aparılması təklifinin qüvvədə qaldığını bildirib.

Избранный
70
50
azerbaijan-news.az

10Источники