RU

Qiyməti 164 milyon manat olan narkotik vasitələr məhv edilib  

Yanvarın 30-da gömrük orqanları tərəfindən həyata keçirilən gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən götürülmüş və barəsində məhvetmə qərarı qəbul edilmiş 25 cinayət işi üzrə ümumilikdə 858 kiloqram 631,899 qram narkotik vasitələr və psixotrop maddələr yandırılaraq məhv edilib.

Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, məhvetmə İşçi Qrupunun təşkilatçılığı və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya üzvlərinin iştirakı ilə həyata keçirilib.

Ümumilikdə məhv edilən müxtəlif növ narkotik vasitələrin 453 kiloqram 924,517 qram heroin, 394 kiloqram 224,36 qram marixuana, 2 kiloqram 245,25 qram tiryək, 5 kiloqram 224,72 qram həşiş, 3 kiloqram 002,052 qram, 22139 ədəd həb və 1056 ədəd ampul psixotrop maddə, həmçinin 4745 ədəd həb və 240 paket güclü təsir edən maddə təşkil edib.

Məhv edilən narkotik vasitələrin qiyməti 164 milyon manat təşkil edir.

Избранный
13
50
azerbaijan-news.az

10Источники