RU

Füzuli Məmmədov: Məndə hər zaman inam var

Sportal.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Karvan-Yevlax" Misli Premyer Liqasının 18-ci turunda doğma meydanda "Sumqayıt"a 0:1 hesabı ilə uduzub.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyuna çox ciddi hazırlaşmışdıq. Bilirdik ki, "Sumqayıt" yaxşı komandadır. Son matçı təhlil edib futbolçulara səhvləri göstərmişdik. Futbolçular məşqlərdə tam gücləri ilə çalışırlar, nəticə qazanmaq üçün hər şey edirlər. Birinci hissədə səhvlər etdik. Evdə oynayırıq deyə hücumda çoxluq yaratmaq istəyirik. Müdafiədə ardıcıl səhvlər buraxanda istər-istəməz oyunumuza təsir edir. "Sumqayıt"ı təbrik edirəm.

- Fasilədən sonra komandanız üstün oynadı. İlk yarıda oyununuzun alınmamasının səbəbi nədir?

- Əlbəttə ki, təhlil edəcəyik. Rəqibin ilk qolundan sonra müdafiədə səhvləri gördük və dərhal beşli sistemə keçdik. Daha etibarlı oynamağa çalışdıq. Yenə kobud səhvlər etdik və ikinci qolu buraxdıq.

- "Karvan-Yevlax"ı bu durumdan çıxarmaq üçün nə etməyi düşünürsünüz?

- Sonuncu oyuna kimi eyni rejimdə hazırlaşacağıq. Məndə hər zaman inam var. Məğlubiyyəti həzm edə bilmirəm. Bu durumdan çıxmaq üçün maksimum çalışacağıq. Tək məndən asılı deyil. İnanın ki, futbolçular da çox çalışır. Rəhbərlik hər zaman yanımdadır.

- Premyer Liqada qalmaq üçün heyət yetərlidir?

- Təəssüflər olsun ki, biz yalnız 3 transfer edə bildik. Sifariş ərizəsində 27 futbolçu var idi. Ən azı 4-5 transfer etmək istəyirdik. İndiki durumda edə bilmirik.

- "Karvan-Yevlax" Premyer Liqadan düşsə, bunu necə həzm edəcəksiz?

- Həzm edə bilmərəm. Rəhbərlik futbolçuların yaxşı yaşaması üçün hər şeyi edir. Oyunçular məşqdə tam fərqlidirlər. Bu gün futbolçularımız fiziki göstəricilərdə rəqibi qabaqladılar. Qol epizodlarımız da var idi. Bazada bütün şəraitimiz var. Ən yaxşı şərait yaradılıb. Bircə qalıb meydana çıxıb oyunlarda qələbə qazanmaq.

Elçin Əlixan

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
14
sportal.az

10Источники