RU

CAR ın müvəqqəti işlər vəkili 72 saat ərzində İsraili tərk etməlidir

Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Tel-Əviv CAR-ın İsrailin müvəqqəti işlər vəkilini “persona-non-grata” (arzuolunmaz şəxs) elan etməsinə analoji qərarla cavab verib.

Moderator.az İsrail Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bu barədə Baş nazir Benyamin Netanyahu və xarici işlər naziri Gideon Saar qərar qəbul edib.

Qərara əsasən CAR-ın İsraildəki müvəqqəti işlər vəkili Şaun Edvard Bineveldt “persona-non-grata” elan edilib.

Bineveldt 72 saat ərzində İsraili tərk etməlidir.

“Əlavə tədbirlər açıqlanacaq”, - İsrail XİN-dən bildirilib.

Xatırladaq ki, bundan əvvəl CAR İsrailin müvəqqəti işlər vəkilini “arzuolunmaz şəxs” elan edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
50
moderator.az

10Источники