CNN-nin keçmiş aparıcısı Don Lemon həbs olunub.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, Lemon bu ayın əvvəlində Minnesota ştatının Sent-Pol şəhərində keçirilən kilsə ibadətini pozan etiraz aksiyasını canlı yayımlayıb. O, bu nümayişdə Prezident Donald Trampın regionda immiqrasiyaya qarşı sərt tədbirlərinə etiraz edib. Lemonun vəkili Abbe Louell onun həbsini birinci düzəlişə qarşı görünməmiş bir hücum adlandırıb və Lemonun nümayişdə jurnalist kimi iştirak etdiyini bildirdi. Vəkil əlavə edib ki, əvvəlcədən məlumatlandırılıb, lakin fəalların kilsə ibadətini pozacağından xəbərsiz olub. Onun immiqrasiya qanunvericiliyi ilə bağlı bir kilsə üzvü ilə mübahisə etdiyi görünür. Tramp administrasiyasının rəsmiləri nümayişi pisləyib və etirazçıları xristian ibadətçilərini qorxutmaqda günahlandırıb.
Aydın Baxış