Hacıqabul və Şamaxı rayonları ərazisində yerləşən Haramı dağında palçıq vulkanı püskürüb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bir neçə saniyə püskürən palçıq vulkanı hündürlüyə qalxan alovla müşaiyət edilib.
Vulkan püskürməsi Bakı-Qazax magistralından Hacıqabul ərazisində yerləşən bir neçə kənddən müşahidə edilib.