ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindən Kiyevə hava hücumlarını 1 fevrala qədər dayandırmasını istəyib.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə . Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, bu şəhərin enerji şəbəkəsi əvvəlki bombardmanlar nəticəsində zədələnib:
“ABŞ prezidenti şiddətli soyuqlar gözlənildiyi üçün Vladimir Putindən Kiyevə və digər şəhərlərə hava hücumlarını bir həftə dayandırmasını şəxsən xahiş edib”.
Moskvanın Donald Trampın xahişini qəbul edib-etmədiyi soruşulduqda, Peskov əlavə məlumat vermədən "Bəli, əlbəttə ki, Prezident Trampın şəxsi açıqlaması var idi" cavabını verib.
Qeyd edək ki, Rusiyanın Kiyevə son hava hücumları 23 yanvardan 24 yanvara keçən gecə baş verib. ABŞ və Ukrayna rəsmiləri arasında Əbu-Dabidə danışıqlar aparıldı ki, bu da Kiyev və Moskva arasında Donald Trampın münaqişəyə son qoymaq üçün irəli sürdüyü planla bağlı ilk birbaşa əlaqə idi. Bu müzakirələrin 1 fevral bazar günü davam etdirilməsi planlaşdırılır.
Aydın Baxış