RU

ABŞ-nin nüvə axtaran layneri Britaniyaya endi

Vaşinqton və Tehran arasında artan gərginlik fonunda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus nüvə silahlarını aşkar etmək üçün istifadə edilən "WC-135R Constant Phoenix" təyyarəsi Böyük Britaniyaya eniş edib.

Moderator.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" nəşri özəl mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, "Nüvə iyləyicisi" adlandırılan hava gəmisi 2022-ci ildə Ukraynada müharibə başlamazdan bir neçə həftə əvvəl də Britaniyaya enibmiş.

Eyni zamanda o da qeyd olunub ki, təyyarənin sözügedən ölkədə olması təcili hərbi əməliyyatlara hazırlıq hesab edilmir.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar.

İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.

Избранный
27
12
moderator.az

10Источники