RU

Şəhid Kənan Süleymanlının mövlud günü qeyd olunub

44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Süleymanlı Kənan Sadıx oğlunun mövlud günü qeyd olunub.

Missiya.Az xəbər verir ki, Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsonova çıxış edərək bildirib ki, Kənan Süleymanlı öz gənc ömrünü Azərbaycanın azadlığına və torpaqlarımızın bütövlüyünə qurban verib. 9 noyabr 2020-ci ildə Füzuli və Xocavənd uğrunda aparılan ağır döyüşlər zamanı igidlik və rəşadət göstərərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Onun göstərdiyi igidlik, cəsarət və fədakarlıq bu gün də hər birimizin qəlbində dərin ehtiram hissi oyadır.

Digər çıxış edənlər şəhidin ailəsinə başsağlığı verərək belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün minnətdarlıqlarını bildiriblər.Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda qəhrəmanlıq göstərərək canlarını fəda edən igid oğullarımızın xatirəsinin hər zaman əziz tutulacağını və unudulmayacağını bildirən çıxışçılar, Kənan Süleymanlının da qısa, lakin şərəfli ömrünün gələcək nəsillərin vətənpərvər tərbiyəsində xüsusi əhəmiyyət daşıdığı qeyd ediblər.O da bildirilib ki, şəhidimizin qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o, ölümündən sonra “Vətən uğrunda” medalı, “Döyüşdə fərqlənməyə görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.Sonda şəhidin xatirəsinə həsr olunan və həyatından bəhs edən video-çarx nümayiş olunub.Onu da xatırladaq ki, ötən il şəhidin mövlud günündə Nizami rayonunda yerləşən küçələrdən birinə 44 günlük Vətən müharibəsi şəhidi Kənan Süleymanlının adı verilib.Ruhun şad olsun, ey vətən oğlu! İlahə Qənbərli

Missiya.Az

Избранный
54
12
missiya.az

10Источники