RU

YAP Naftalan şəhər təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncağları keçirilib

Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatı “Heydər Əliyev prospekti 204” və “Habil Əliyev küçəsi 28” ünvanları üzrə ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncağları keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ərazi partiya təşkilatlarının hesabat məruzələri dinlənilib.Ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş qiymətləndirilib.

İclaslarda təşkilati məsələlərə də baxılıb. “Heydər Əliyev prospekti 204”  ünvanı üzrə ərazi partiya təşkilatına  Fuad Zamanov sədr, Xəyal  Abdullayev sədr müavini , “Habil Əliyev küçəsi 28” ünvanı üzrə ərazi partiya təşkilatına isə Adilə Bağırova   sədr, Fidan Adıgözəlova sədr müavini seçiliblər.

Sonda YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb və partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Избранный
56
2
yeniazerbaycan.com

10Источники