RU

ABŞ-ın Ukraynaya ayırdığı enerji yardımı gecikir

ABŞ və Avropa rəsmiləri Ukraynaya vəd edilən yüz milyonlarla dollar məbləğində enerji yardımının hələ də ayrılmamasından ciddi narahatlıq keçirir. Məsələ ilə tanış olan mənbələrin bildirdiyinə görə, bu gecikmə sərt qış şəraitində müharibədən ciddi zərər görmüş Ukraynanın enerji sistemini kritik həddə yaxınlaşdırıb.

Qeyd olunur ki, sözügedən maliyyə vəsaitləri Ukraynanın mayeləşdirilmiş təbii qaz idxalını təmin etmək, eləcə də Rusiya tərəfindən həyata keçirilən hücumlar nəticəsində dağıdılmış enerji infrastrukturunun bərpası məqsədilə nəzərdə tutulmuşdu.

Mənbələr arasında ABŞ və Ukrayna rəsmilərinin də olduğu bildirilir. Onların sözlərinə görə, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) sabiq prezident Co Bayden administrasiyası dövründə Konqresi bu vəsaitlərin ən azı bir hissəsinin ayrılması planı barədə rəsmi şəkildə məlumatlandırıb.

Daxili müzakirələrə dair məlumat verən və anonim qalmaq istəyən mənbələr bildiriblər ki, vəsaitlərin hələ də köçürülməməsi fonunda Qərb paytaxtlarında narahatlıq getdikcə artır. Sərt qış şəraiti və enerji çatışmazlığı Ukraynanın müharibə şəraitində dayanıqlığını daha da zəiflədə bilər.

Избранный
6
35
aznews.az

10Источники