RU

“Qurtuluş”a yerləşdirilən Ceyhun Əsgərov hara aparılıb?

“Ceyhun bəyin səhhəti şükürlər olsun ki, yaxşıdır. Müalicəsi olduğu kimi davam edir. Fiziki sağlamlığında problem yoxdur, olmayıb da. Psixoloji durumu isə yaxşılığa doğru dəyişir və ümid edirik ki, belə də davam edəcək”.

Publika.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında “Qurtuluş” Reabilitasiya Mərkəzində müalicə olunan Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, tanınmış jurnalist Ceyhun Əsgərovun həyat yoldaşı Günay Əsgərova deyib.

O, mərkəzin rəhbərliyi və əməkdaşlarının saxlanılması ilə bağlı məlumatı sosial şəbəkələrdən aldığını deyib:

“Qurtuluş”un rəhbəri və əməkdaşlarının saxlanılması haqqında mən də hamı kimi sosial şəbəkədən məlumat aldım. Bunun müalicə prosesinə təsir edib-etməyəcəyi barədə fikir söyləyə bilmərəm. Ümid edirəm ki, hadisə müalicə prosesinə təsir etməz. Hadisənin nə vaxt baş verdiyi barədə məlumatsızam, xəbəri bu gün oxudum, hələ ki Ceyhun mənimlə əlaqə saxlamayıb”.

Избранный
2
9
publika.az

10Источники