RU

Baş direktor: Region gənclərinin şəxsi inkişafına dəstək tədbilərinin təşkili nəzərdə tutulur

Bakı, 30 yanvar, AZƏRTAC

“Gənclərin şəxsi inkişafı və karyera quruculuğu dövlətin gənclər siyasətində mühüm yer tutur. Bu baxımdan ən aktual istiqamətlərdən biri məhz innovasiya və rəqəmsallaşmadır. Azərbaycan Gəncləri Günü ərəfəsində təşkil olunan “Şəxsi inkişafda innovasiya və rəqəmsallaşmanın rolu” mövzulu forum da gənclərimizin bilik və bacarıqlarının artırılmasını hədəfləyən mühüm tədbirdir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev deyib.

O bildirib ki, tədbir 100-dən çox gəncin şəxsi müraciəti əsasında formalaşıb və forum çərçivəsində innovasiya və rəqəmsallaşma sahəsində kifayət qədər təcrübəyə malik məruzəçilər çıxış edirlər. İnteraktiv formatda keçirilən bu tədbir gənclərə şəxsi inkişaflarına yönəlmiş dəyərli və praktik məlumatlar qazandıracaq.

“Bu istiqamətdə tədbirləri regionlarda da həyata keçirməyi planlaşdırırq. Mərkəzin bölgələrdə filial və nümayəndəlikləri mövcuddur və paralel şəkildə region gənclərinin də şəxsi inkişafını hədəfləyən tədbirlərin davamlı olaraq təşkili nəzərdə tutulur”, - deyə A.Əliyev əlavə edib.

Избранный
5
4
azertag.az

7Источники