RU

“İran danışıqlara hazırdır” XİN başçısı

ain.az bildirir, 525.az portalına istinadən.

“İran danışıqlar prosesinə, nüvə məsələləri ilə bağlı masa arxasına oturmağa hazırdır. Biz həmişə dinc nüvə danışıqlarının tərəfdarı olmuşuq. Əgər danışıqlar ədalətli və qarşılıqlı hörmətə əsaslanarsa, müzakirələrə başlamağa hazırıq".

525.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.

O bildirib ki, bir ölkənin müharibəyə girməsi bütün bölgədə müharibə təhlükəsi yaradacaq:

“İran öz milli və regional maraqlarını qoruyacaq. Biz təhdidlərə boyun əyməyəcəyik”. 

XİN başçısı əlavə edib ki, İran danışıqlara hazırdır, amma  ABŞ xoş niyyət nümayiş etdirmir: “Biz regional ölkələr arasında sülhün təmin edilməsi və münaqişələrin azaldılması üçün danışıqların tərəfdarıyıq”. 

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
53
25
525.az

10Источники