2026-cı il Gənclər üçün Prezident mükafatı verilib. 1news.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama görə, Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilsin: Ağadadaşov Sərxan Əbülfət oğlu Ağayev Şahmar Zöhrab oğlu Həsənova Elmina Qəhrəman qızı Həsənova Leyla Elçin qızı İsmayıllı Aynur Telman qızı İsmayılov Mahmud Azər oğlu Məmmədova Lamiyə Famil qızı Məmmədova Nilgün Azər qızı Novruzov Səməd Əbülqasım oğlu Tağızadə Mahir Tahir oğlu.