RU

Türkiyənin müdafiə və aviasiya sənayesində ixrac liderləri açıqlanıb

Türkiyə müdafiə və aviasiya sənayesi sektorunda 2025-ci ildə ən çox ixrac həyata keçirən ilk 10 şirkətin adı açıqlanıb.

“Poliqon” xəbər verir ki, bu barədə məlumat Antalyada keçirilən “5-ci Müdafiə və Aviasiya Sənayesində Qlobal Strategiyalar Konfransı” zamanı elan olunub.

2025-ci ildə ixrac göstəricilərinə görə ilk 10-luq aşağıdakı kimidir:

“ARCA Savunma”

“Baykar”

TUSAŞ

“TUSAŞ Motor Sanayii” (TEI)

“Roketsan”

ASELSAN

ASFAT

“Otokar”

SSTEK

“ALP Havacılık”

Tədbirdə çıxış edən Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, ötən il müdafiə və aviasiya sənayesi ixracının 10,5 milyard ABŞ dolları səviyyəsinə çatdığını xatırladıb. Onun sözlərinə görə, bu göstərici əvvəlki illə müqayisədə 48 faiz artım deməkdir.

Sədr bildirib ki, regional bölgü baxımından Avropaya 4.3 milyard dollar, Yaxın Şərqə isə 1.6 milyard dollar həcmində ixrac həyata keçirilib. Türkiyənin ən çox müdafiə və aviasiya məhsulları ixrac etdiyi ölkələr sırasında Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Slovakiya ön plana çıxıb.

Избранный
2
6
poliqon.az

7Источники