Bakı. Trend:
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib.
Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatınaəsasən, yanvarın 31-də Bakıda və Abşeron yarımadasında, eynizamanda bəzi bölgələrdə gözlənilən küləkli hava ilə bağlı sarıxəbərdarlıq verib.
Bakıda və Abşeron yarımadasında, Salyan, Hacıqabul, Xızı, Qobustan,Şamaxı, Şəki, Oğuz, İsmayıllı, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli,Cəbrayıl, Gəncə, Gədəbəy, Daşkəsən, Goranboy, Naftalan vəMingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyiəsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.