RU

Monqol əti ndə virus TƏHLÜKƏSİ?

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Monqolustanda təsdiqlənmiş qızılca hallarının sayı 14002-yə çatıb.

"Cebheinfo.az" xəbər verir ki, Milli Yoluxucu Xəstəliklər Mərkəzinin məlumatına görə, 27 yanvar tarixinə 13 967 qızılca halı qeydə alınıb, onlardan 12-si ölümlə nəticələnib. İki gün sonra, 29 yanvarda infeksiyaya yoluxanların sayı 14002-yə çatıb.

Hazırda Monqolustanda qızılca hallarının sürətlə artması və yoluxanların sayının 14 min nəfəri keçməsi region ölkələrində narahatlıq yaradıb. Xüsusilə Azərbaycanın Monqolustandan ət idxal etməsi fonunda ictimaiyyətdə “qızılca ölkəmizə də yayıla bilərmi?” sualı gündəmə gəlib.

Bununla bağlı qida üzrə ekspert Ağa Salamov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, ümumilikdə qızılca insandan insana hava-damcı yol ilə keçir:

“Xüsusilə vaksin olunmayanlar, immun sistemi zəif olanlar və daha əvvəl qızılca keçirməyən şəxslər risk qrupuna daxildir. Xəstəlik əsasən hava-damcı yolu ilə, həmçinin insanlar arasında birbaşa təmas, çarpaz yoluxma nəticəsində, yəni salamlaşma, görüşmə zamanı keçə bilər.

“Qızılca ətdən insana keçərmi? sualına gəlincə, bu, mümkün deyil. Ümumiyyətlə, bu, qida ilə yolaxan bir xəstəlik deyil. Eyni zamanda, qızılcanın heyvanlara yoluxması da mümkün deyil. Ona görə də ətlə bağlı hər hansı bir narahatlığa əsas yoxdur”.

Ekspert əlavə edib ki, ölkəyə idxal olunan bütün məhsullardan baytarlıq sertifikatı tələb olunmalıdır:

“Bundan əlavə, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən şəffaf nəzarət aparılır, eləcə də laborator müayinələr üçün nümunələr götürülür və yalnız bundan sonra məhsullar gömrükdən buraxılaraq ölkəyə idxal edilir. Belə olduğu təqdirdə heç vaxt ətin mikrobioloji çirklənməyə və ya hər hansı xəstəlik mənbəyinə çevrilməsi mümkün deyil.

Yoxlamalardan keçmiş ət məhsullarının hər bir bakterial yükü və digər göstəriciləri nəzarətdə saxlanılır. Ona görə də heç bir qorxusu yoxdur. Cəmiyyətdə süni qorxu yaradılması düzgün deyil. O qədər qorxu yaradırlar ki, insanlar artıq qida almağa, yeməyə çəkinir.

Bu gün kasıb “monqol əti” tapıb yeyir ona da imkan vermirlər. Halbuki qızılca ətlə yoluxan xəstəlik deyil, insandan insana keçən xəstəlikdir. Yəni qida təhlükəsizliyinə görə elə bir şey yoxdu”.

O vurğulayıb ki, əgər qızılca virusuna yoluxa şəxs kəsim məntəqəsində və ya qida sənayesində çalışırsa, mütləq işə gəlməməlidir:

“Ümumiyyətlə, adi qrip olan şəxs belə işə gəlməməlidir ki, çarpaz çirklənmə və yoluxma baş verməsin. Qızılca heyvanlarda olmur və ət vasitəsilə yayılmır”.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Açar sözlər:

Monqol əti Ağa Salamov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
50
31
cebheinfo.az

8Источники