
İranla ABŞ arasında nüvə danışıqlarının konstruktiv əsasda bərpası regional gərginliyin azaldılması üçün vacibdir.
Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Türkiyənin bu problemlərin sülh yolu ilə həlli üçün bütün mümkün dəstəyi verməyə hazır olduğunu bir daha təkrarlayıram. Digər tərəfdən, İsrailin ABŞ-ni İrana hərbi hücum etməyə inandırmağa çalışdığını da görürük. İsrailin bu səyləri bölgəmizin kövrək sabitliyinə böyük zərər vurma potensialına malikdir. Ümid edirik ki, ABŞ administrasiyası sağlam düşüncə ilə hərəkət edəcək və buna imkan verməyəcək. İsrail bölgədəki sabitliyi pozan siyasətinə son qoymalıdır. Biz inanırıq ki, danışıqlar masası qurulduqda məsələlərin fərdi şəkildə həll edilməsi həll yoluna çatmağa kömək edəcək",-nazir qeyd edib.
İlahə Qənbərli
Missiya.Az