
UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün liqa mərhələsindən sonra açıqlanan maliyyə hesabatına əsasən, Türkiyə təmsilçisi “Qalatasaray” turnirdən indiyədək 30 milyon 970 min avro gəlir əldə edib.
Missiya.Az Haber Global-a istinadən xəbər verir ki, UEFA-nın yeni gəlir bölgüsü sisteminə görə, İstanbul klubu bu göstərici ilə “Marsel”, PSV, “Ayaks”, “Napoli”, “Atletik Bilbao” və “Vilyarreal”ı geridə qoyub.
Gəlir reytinqində “Arsenal” 59,74 milyon avro ilə ilk pillədə qərarlaşıb. London klubu “Bavariya” (57,33 milyon avro) və “Liverpul” (54,92 milyon avro) gəlir əldə edib.
Seyranə QuliyevaMissiya.Az